Yael Kastilyon: Bakı klubları evdə güclü oyun nümayiş etdirirlər
26.11.2011 - 11:41
“Bakı klubu ilə oyun heç də asan olmayacaq. Onlar ötən mövsümlə müqayisədə heyətlərini gücləndiriblər”. Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın “Dinamo-Romprest” klubunun voleybolçusu Yael Kastilyon deyib.
Argentina milli komandasının üzvü noyabrın 29-da keçiriləcək CEV kubokunun 1/16 final mərhələsi çərçivəsində baş tutacaq “İqtisadçı” - “Dinamo-Romprest” oyununa münasibət bildirib. Kastilyonun sözlərinə görə, ötən mövsüm heyətində çıxış etdiyi və bürünc medala sahib olduğu “universitet komandası” Bakıda güclü oynayır: “Azərbaycanda voleybol sevirlər. Oyunlar çoxlu azarkeş gəlir. Təbii ki, bu da yerli klublara dəstəkdir və bunun üçün də Bakı klubları evdə güclü oyun nümayiş etdirirlər. Lakin bizim də heyət zəif deyil. İnanıram ki, “İqtisadçı” ilə matç maraqlı və gərgin keçəcək”.
Qeyd edək ki, “İqtisadçı” - “Dinamo-Romprest” oyunu saat 18:00-da başlayacaq.

0
0