110 xallıq fərq - YENİLƏNİB
26.11.2011 - 17:50
110 xallıq fərq - YENİLƏNİB
Bu gün kişi basketbolçular arasında növbəti Azərbaycan çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, I turun ilk oyununda “Araz” “Bakı Dövlət Universiteti”lə (BDU) qüvvəsini sınayıb.

Son çempion olan Naxçıvan klubu rəqibini meydana çıxmağa peşman edib. Tahir Baxşiyevin rəhbərlik etdiyi komanda “tələbələrə” nə az, nə çox 110 (!) xal fərqi ilə qalib gəlib.

Bu görüşdən sonra “Qala” “Naxçıvan Türk Liseyi”ni (NTL-Tudor) sınağa çəkib. Vitse-çempion da “Araz” kimi yarışa qələbə ilə başlayıb. Onlar debütantı 96:62 hesabı ilə məğlub ediblər.

I tura “Çağ öyrətim” – AZTOP oyunu ilə yekun vurulub. Bu duel əvvəlki 2 matçla müqayisədə gərgin keçib və “Çağ öyrətim” 1 top fərqi ilə qələbə qazanıb - 70:69.

26 noyabr

“Araz” – BDU - 143:33
“Qala” BK - NTL-Tudor - 96:62
Çağ öyrətim – AZTOP - 70:69
0