“Azərreyl” üçün şad xəbər
26.11.2011 - 13:00
“Azərreyl” üçün şad xəbər
Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Bakının “Azərreyl” voleybol klubu ilə qarşılaşacaq Rumıniyanın “Tomis” klubu ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Konstanta təmsilçisi 3 voleybolçusunun xidmətindən mərhum olub.

Belə ki, “Tomis”in 2 legioneri – ukraynalı Yuliya Bogmatser və belaruslu Katsiarina Zakreuskayanın vizasının vaxtı qurtardığı üçün Rumıniyanı tərk etmək məcburiyyətində qalıblar. Klubunun prezidenti Kristian Zgabersia sözlərinə görə, bu voleybolçuların noyabrın 29-da “Azərreyl”lə görüşdə oynaması sual altındadır: “Onlar viza məsələsinə görə öz ölkələrinə qayıtmalı olublar. Biz bilmirik ki, bu voleybolçular Konstataya nə vaxt qayıdacaqlar. Lakin ümid edirik ki, Çempionlar Liqasının ilk matçına qədər məsələ həll oluna bilər”.

Zgabersia bildirib ki, Bogmatser və Zakreuskayadan fərqli bolqarıstanlı Svetelina Zarkova Bakı komandasına qarşı meydana çıxmayacaq: “Düzdür, onun zədəsi ciddi deyil. Amma Zarkova “Azərreyl”ə qarşı oynaya bilməyəcək”.
0