“İqtisadçı”nın oyunu türkiyəli hakimə tapşırıldı
26.11.2011 - 15:49
“İqtisadçı”nın oyunu türkiyəli hakimə tapşırıldı
CEV kubokunun 1/16 final mərhələsində “İqtisadçı” (Azərbaycan) – “Dinamo-Romprest” (Rumıniya) görüşünü idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı İdman sarayında baş tutacaq matçda əsas fit sahibi türkiyəli İlhami Senyurt olacaq.

Köməkçi hakim funksiyasını isə Pavel Enderson (Rusiya) yerinə yetirəcək.

Qeyd edək ki, “İqtisadçı” – “Dinamo-Romprest” matçı noyabırın 29-da saat 18:00-da start götürəcək.
0