“Bakı”nın oyununun başlama saatı dəyişdirildi
28.11.2011 - 11:37
“Bakı”nın oyununun başlama saatı dəyişdirildi
Qadın voleybolçular arasında “Çelenc Cup”ın II təsnifat mərhələsində “Bakı” (Azərbaycan) - “Evre” (Fransa) görüşünün başlama saatında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, dekabrın 1-də paytaxtımızda baş tutacaq ilk matç 1 saat gec start götürəcək.

Belə ki, oyun nəzərdə tutulduğu kimi saat 19:00-da deyil, 20:00-da başlayacaq.

Qeyd edək ki, cavab qarşılaşması dekabrın 7-də saat 23:00-da olacaq.