Meydanda evlənmək təklifi - FOTO
28.11.2011 - 12:29
Meydanda evlənmək təklifi - FOTO
Basketbol üzrə İspaniya çempionatının II divizionunda maraqlı hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, “Meliya” klubunun ABŞ-dan olan legioneri Ric Makkin 11-ci turun qarşılaşmasından sonra gözlənilməz hərəkəti ilə diqqət çəkib.

O, komandasının qələbəsini qeyd edərək, sevgilisinin yanına qaçıb. Rici təbrik etmək üçün meydançaya daxil olan Samantaya yaxınlaşan basketbolçu onun qarşısında diz çökərək evlənmək təklif edib. Qələbənin sevincini unudan azarkeşlər bu romantik səhnəni izləyib, xanımın cavabını eşitmək üçün susublar. Samantanın “hə” deməsi isə bütün tribunaları ayağa qaldırıb. Onlar bu cütlüyü alqışlayıblar.
0