“Azərreyl” Rumıniyaya yollandı
28.11.2011 - 13:22
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Azərreyl” qrup mərhələsində “Tomis”lə ilk matçını keçirmək üçün Rumıniyaya yollanıb. Apasport.az saytının məlumatına görə, Türkiyə təlim-məşq toplanışı keçən Faiq Qarayevin yetirmələri Konstantaya buradan gediblər.
Bu gün Rumıniyada son məşqinə çıxacaq “dəmiryolçular” sabah Bakı vaxtı ilə saat 21:00-da 3 illik fasilədən sonra qitənin ən möhtəşəm yarışında mübarizəyə başlayacaqlar.
Onlardan fərqli, “Lokomotiv” Bakını bu gün tərk edəcək. Draqutin Baltiçin yetirmələrinin də səfərə yollanmasında məqsəd avrokuboklarda oyunlarının olmasıdır. Onlar noyabrın 30-da Macarıstanda yerli “Vaşaş”la (Budapeşt) qarşılaşacaqlar.
Qeyd edək ki, “Lokomotiv” “Çelenc Cup”da mübarizə aparır.

0
0