Sanya Staroviç: Qızıl medallara sahib olmaq çox vacibdir
28.11.2011 - 15:23
Sanya Staroviç: Qızıl medallara sahib olmaq çox vacibdir
“Biz yeni mövsümə çox uğurlu başladıq. Dohada keçirilən klublararası dünya çempionatının qalibi adını qazandıq. Bu qələbənin və uğurlu seriyanın davamını gətirmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Rabitə”nin voleybolçusu Sanya Staroviçə məxsusdur.

Azərbaycan və dünya çempionu olan serbiyalı legioner komandasının yeni mövsümdə uğurlu çıxışına inanır. O, Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytında “Rabitə” barədə əksini tapan geniş yazıda bildirib ki, Çempionlar Liqası klubu üçün həddən artıq vacibdir: “Biz ötən mövsüm bu yarışda ikinci olduq. Lakin bu il bir məqsədimiz var. Bu da Çempionlar Liqasının baş mükafatını qazanmaqdır. Çünki qızıl medallara sahib olmaq çox vacibdir. Bu tək bizim üçün deyil, Azərbaycan voleybol ictimaiyyəti üçün də belədir. Buna görə də yerli əhalinin bizim yaxşı nəticələrdən razı qalmağını istəyirik. Ümid edirəm ki, bizi çoxsaylı azarkeşlərimiz ruhlandıracaqlar”.

Qeyd edək ki, “Rabitə” Çempionlar Liqasının qrup mərhələsində yeni mövsümün ilk matçına dekabrın 1-də çıxacaq.