“Azərreyl”in ilk oyununu idarə edəcək hakimlər dəqiqləşdi
28.11.2011 - 16:14
“Azərreyl”in ilk oyununu idarə edəcək hakimlər dəqiqləşdi
Bakının “Azərreyl” voleybol klubunun Çempionlar Liqasında ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, noyabrın 29-da Rumıniyada “Tomis”in qonağı olacaq təmsilçilərimizi oyuna İlian Georgiyev (Bolqarıstan) çıxaracaq.

Ona köməkliyi isə belaruslu Aleksandr Pyasetski edəcək.

Qeyd edək ki, Konstantada baş tutacaq “Tomis” – “Azərreyl” görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
0