4-cü cəhd - STATİSTİKA
29.11.2011 - 00:01
Bu gün qadın voleybolçular arasında CEV kubokuna start veriləcək. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu yarışda “İqtisadçı” təmsil edəcək.
Analoji yarışda debüt edəcək “universitet komandası” Azərbaycanın turnirdə 4-cü iştirakçısı olacaq. “İqtisadçı”ya kimi CEV kubokunda Bakı Məişət Kondisionerləri Zavodu (BMKZ), “Rabitə” və “Azərreyl” iştirak ediblər. Onlardan BMKZ 1/4 final mərhələsinə kimi irəliləmişdisə, “Rabitə” turnirdə gümüş mükafata layiq görülüb.
Qeyd edək ki, təmsilçilərimizin rəqibi Rumıniyanın “Dinamo-Romprest” komandası olacaq. Bu klub azərbaycanlı azarkeşlər üçün tanışdır. Ötən mövsüm Çempionlar Liqasında oynayan və qrup mərhələsinin hər 2 matçında “Rabitə”yə uduzan buxarestlilər CEV kuboku üçün kifayət qədər güclü kollektiv hesab olunurlar.
Lakin “İqtisadçı”nın Bakıda keçiriləcək oyunda uduzması da inandırıcı deyil. 1 il öncə “Çelenc Cup”da yarımfinala kimi irəliləyən həmyerlilərimiz paytaxtda (Bakı “Lokomotiv”i istisna olmaqla) məğlubiyyət acısı yaşamamışdı. Bunun üçün də ilk matçın gərgin keçəcəyini proqnozlaşdırmaq olar.
1/16 final mərhələsi
18:00. “İqtisadçı” – “Dinamo-Romprest”
Hakimlər: İlhami Senyurt (Türkiyə), Pavel Enderson (Rusiya).

Klub | O | Q | M | S |
---|---|---|---|---|
BMKZ | 10 | 7 | 3 | 23-15 |
Rabitə | 10 | 5 | 5 | 21-18 |
Azərreyl | 6 | 2 | 4 | 12-14 |
CƏMİ | 36 | 14 | 12 | 56-47 |

0
0