“Azərreyl” Çempionlar Liqasında mübarizəyə başlayır
28.11.2011 - 21:00
 “Azərreyl” Çempionlar Liqasında mübarizəyə başlayır
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin ilk turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, bu mötəbər turnirdə Azərbaycanı “Rabitə” və “Azərreyl” təmsil etsə də, onlardan mübarizəyə birinci “dəmiryolçular” qoşulacaq.

Sonuncu dəfə 2007/2008 mövsümündə Çempionlar Liqasında iştirak edən “Azərreyl” turnirdə yenidən Faiq Qarayevin rəhbərliyi altında mübarizə aparacaq. Onların rəqibləri Rumıniyanın “Tomis” klubuna qarşı keçirəcəklər.

“Azərreyl”i cütün favoriti saymaq olar. Çünki 3 legionerin xidmətindən mərhum olan rumıniyalılar hazırda Rumıniya çempionatında da inamlı təsir bağışlamırlar. Bu azmış kimi, Bakı klubu ötən mövsümlə müqayisədə heyətini kifayət qədər gücləndirib. Məhz bu göstəricilər “Azərreyl”in üstünlükləri olsa da, onların hələ yeni transferlərlə bir rəsmi oyunda iştirak etməmələri ziyanlarına işləyən amildir. “Tomis”lə qarşılaşmada eyni amil üzə çıxsa, “dəmiryolçular”ın qələbə qazanması çətin olacaq.
Qrupumuzun digər matçında Çempionlar Liqasının son qalibi “Vakıfbank TTelekom” “Foppapedretti”ni qəbil edəcək.

Qeyd edək ki, Bakının “Rabitə” klubu mübarizəyə dekabrın 1-də qoşulacaq. Onlar “Myulhaus”la (Fransa) qarşılaşacaqlar.

Ümumilikdə isə Çempionlar Liqasının yeni mövsümdə 11 ölkədən 20 klub qüvvəsini sınayacaq.

29 noyabr

A qrupu
22:00. “Şviriner” (Almaniya) – “Eczaçıbaşı” (Türkiyə)

D qrupu
21:00. “Tomis” (Rumıniya) – “Azərreyl” (Azərbaycan)

30 noyabr

A qrupu
23:00. “Kann” (Fransa) – “Villa Kortese” (İtaliya)

B qrupu
21:30. “Fənərbaxça” (Türkiyə) – “Drezdner” (Almaniya)

C qrupu
23:15. “Volero” (İsveçrə) – “Atom” (Polşa)
19:00. “Dinamo” (Rusiya, Kazan) - “Modranska” (Çexiya)

D qrupu

22:30. “Vakıfbank TTelekom” (Türkiyə, İstanbul) - “Foppapedretti” (İtaliya, Berqamo)

E qrupu
21:00. “Bank Fakro” (Polşa) - “Srvena Zvezda” (Serbiya)


1 dekabr

B qrupu
17:00. “Rabitə” (Azərbaycan) - “Myulhaus” (Fransa)

E qrupu
23:30. “Skavolini” (İtaliya) – “Dinamo” (Rusiya, Moskva)
0