“Üzərimizə böyük şou göstərmək düşür”
28.11.2011 - 18:30
“Üzərimizə böyük şou göstərmək düşür”
“Əlbəttə, Çempionlar Liqası asan yarış deyil. Ancaq biz böyük ürəklə oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rumıniyanın “Tomis” klubunun voleybolçusu Klaudia Gavrilesku deyib.

Komandasının kapitanı sabah “Azərreyl”lə oyun barədə fikirlərini açıqlayıb. Onun sözlərinə görə, Bakı klubuna qalib gələ bilərlər: “Hər şey mümkündür. Öz azarkeşlərimizin dəstəyi altında bunu reallaşdıra bilərik. Ümid edirik ki, ev matçlarımızda çox fanatlarımız gələcəklər və onların da qarşısında bizim üzərimizə böyük şou göstərmək düşür”.