Dəniz Bakıya gəlir
29.11.2011 - 10:43
Qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin II təsnifat mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun “Evre” (Fransa) ilə görüşü türkiyəli Dəniz Dəmirə tapşırılıb. Ona köməkliyi Nikulae Stan (Rumıniya) edəcək.
Səfərdə Macarıstanın “Vaşaş” komandasının qonağı olacaq “Lokomotiv”i isə oyuna Aleksandr Vinaliyev (Bolqarıstan) çıxaracaq. Matçda II hakim funksiyasını Sergey Vaytsiakoviç (Belarus) yerinə yetirəcək.
Qeyd edək ki, “Vaşaş” – “Lokomotiv” noyabrın 30-da, “Bakı” – “Evre” qarşılaşması isə dekabrın 1-də keçiriləcək.

0
0