3 illik həsrət bitdi - YENİLƏNİB
29.11.2011 - 22:05
Bakının “Azərreyl” klubu bu gün 3 illik həsrətə son qoyub. Apasport.az saytının məlumatına görə, ötən mövsüm “Çelenc Cup” turnirin qalibi olan “dəmiryolçular” bunu Çempionlar Liqasına qayıdışları ilə reallaşdırıblar.
Komandamızın qrup mərhələsinin ilk turunda rəqibi Rumıniyanın “Tomis” klubu olub. Faiq Qarayevin rəhbərlik etdiyi “Azərreyl” Konstanta təmsilçisindən kifayət qədər güclü olduğunu meydanda da əks etdirib. 2 min tamaşaçının izlədiyi oyunda meydan sahibləri yalnız son setdə təmsilçimizə müqavimət göstəriblər. Bununla da Azərbaycan yığmasının üzvlərinin və güclü legionerlərin yer aldığı Bakı klubu da Çempionlar Liqasına qələbə ilə başlamağı bacarıb.
D qrupu
21:00. “Tomis” (Rumıniya) – “Azərreyl” (Azərbaycan) - 0:3 (19:25, 18:25, 22:25)
Hakimlər: İlian Georgiyev (Bolqarıstan), Aleksandr Pyasetski (Belarus)
Qeyd edək ki, Çempionlar Liqasının “Dördlər finalı”na Bakı ev sahibliyi edəcək.

0
0