Bakı klubu finalına kimi yüksəldiyi yarışda mübarizəyə başlayır
29.11.2011 - 13:11
Bakının “Lokomotiv” voleybol klubu sabah “Çelenc Cup”da yeni mövsümə start verəcək. Apasport.az saytının məlumatına görə, ötən il analoji yarışın finalına kimi irəliləyən və burada “Azərreyl”ə uduzan Draqutin Baltin yetirmələrini turnirə yenə II təsnifat mərhələsindən başlayacaqlar.
“Dəmiryolçular”ın rəqibi Macarıstanın “Vaşaş” klubudur. Budapeştdə baş tutacaq ilk oyunun favoriti Azərbaycan klubu hesab olunur. Çünki rəqibin heyətində bir nəfər də olsun belə legioner yoxdur. Bu azmış kimi, “Vaşaş”ın voleybolçularının çoxu gəncdir və beynəlxalq təcrübələri yoxdur.
Macarlardan fərqli, “Lokomotiv”in uğurları üçün çalışacaq 14 oyunçu isə 10 ölkəni təmsil edir. Bunun üçün Draqutin Baltiçin yetirmələrinin elə də çətinlik çəkəcəkləri gözlənilmir. Bundan əlavə, elə də yaxşı formada olmayan Macarıstan yığması kimi bu ölkədə güclü klub da yoxdur.
II təsnifat mərhələsi
30 oktyabr
21:00. “Vaşaş” (Macarıstan, Budapeşt) – “Lokomotiv” (Azərbaycan, Bakı)
Hakimlər: Aleksandr Vinaliyev (Bolqarıstan), Sergey Vaytsiakoviç (Belarus)
Qeyd edək ki, “Lokomotiv” səfərə dünən yollanıb.

0
0