“Rabitə”: Əsas hədəf Çempionlar Liqasıdır
30.11.2011 - 15:34
“Rabitə” voleybol klubu sabah Çempionlar Liqasının 2011/2012 mövsümünə start verəcək. Apasport.az saytının məlumatına görə, yarışın son finalçısı qrup mərhələsinin ilk turunda Fransanın “Myulhaus” komandasını qəbul edəcək.
Az öncə dünya çempionu titulunu qazanan “Rabitə” doğma publika önündə turnirə qələbə ilə başlamağı planlaşdırır. Çünki bu komandanın qarşısına hazırda əsas məqsəd kimi məhz Çempionlar Liqasının qızıl medallarını qazanmaq tapşırığı qoyulub. Bunun üçün də “Rabitə”nin “Myulhaus” önündə büdrəyəcəyini proqnozlaşdırmaq sadəlövhlük olardı. Bu azmış kimi, son Azərbaycan çempionu ötən mövsümlə müqayisədə heyətini kifayət qədər gücləndirib. Yeni təcrübəli baş məşqçi və ulduz voleybolçuların mövsümə uğurla başlaması - dünya çempionatında 1-ci yer və Azərbaycan Super Liqasının ilk turunda qələbə - bu yarışda da inamlı çıxışdan xəbər verir.
Düzdür, “Rabitə” sabah baş tutacaq görüşə tam heyətlə çıxa bilməyəcək. Kapitan Natalya Məmmədova zədədən əziyyət çəkdiyindən ilk turu buraxmaq məcburiyyətində qalacaq. Lakin onların hücum xəttində Kimberli Qlass və Sanya Staroviç kimi voleybolçuların olduğunu nəzərə alsaq, bu çatışmazlıq matçda hiss olunmayacaq.
Rəqibə gəlincə, heyətlərinin əsasını yerli voleybolçular təşkil edirlər. Buna baxmayaraq, “Myulhaus”də çernoqoriyalı, hollandiyalı, bolqarıstanlı və rumıniyalı legionerlər də forma geyinirlər. Amma nəzərə almaq lazımdır ki, hazırda onların aparıcı voleybolçularından biri ötən mövsüm “Bakı”da forma geyinən Polina Stoyneva hesab olunur. Halbuki, 2009/2010-cu ildə “İqtisadçı” ilə Super Liqanın bürünc mükafatına sahib olan bolqar bu mövsümdə heç bir komandamıza lazım olmamışdı.
B qrupu
17:00. “Rabitə” (Azərbaycan) – “Myulhaus” (Fransa)
Hakimlər: Tomas Murolo (Estoniya), Dusan Hudona (Slovakiya)
“Sərhədçi” Olimpiya Mərkəzi
Qeyd edək ki, “Rabitə” ötən mövsüm Bakıda məğlub olmamışdı.

0
0