“Bakı” mərhələ keçə biləcəkmi?
30.11.2011 - 17:29
Qadın voleybolçulardan ibarət “Bakı” sabah “Çelenc Cup” turnirinin II təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, ilk mərhələdə “Famaqusta”nı (Kipr) mübarizədən kənarlaşdıran voleybolçularımız bu dəfə Fransanın “Evre” klubunun gücünü yoxlayacaqlar.
Ancelo Vercesinin yetirmələrinin bu dəfə də asan qələbə qazanacağı gözlənilir. Çünki rəqib hazırda elə də yaxşı formada deyil. Bu mövsüm Fransa çempionatında 5 oyuna çıxan “Evre” hələ də xal həsrət olmaqla yanaşı, cəmi 1 setdə qələbəyə sevinib və 12 komanda arasında sonucu yerdədir.
“Bakı” isə fransızlardan fərqli, yaxşı formadadır. Türkiyədə təlim-məşq toplanışı keçən və Super Liqaya asan qələbə ilə start verən paytaxt təmsilçisi səviyyəli legionerlər baxımından da rəqibini qabaqlayır.
II təsnifat mərhələsi
İlk oyun
20:00. “Bakı” (Azərbaycan) – “Evre” (Fransa)
Hakimlər: Dəniz Dəmir (Türkiyə), Nikulae Stan (Rumıniya)
Bakı İdman Sarayı
Qeyd edək ki, “Bakı” ilk mərhələdə hər 2 matçda 3:0 hesabı ilə qələbə qazanıb.

0
0