“Bakıdakı qələbə klubun tarixinə düşdü” - MÜSAHİBƏ
14.02.2013 - 12:19
“Bakıdakı qələbə klubun tarixinə düşdü” - MÜSAHİBƏ
“Yamamay”ın baş direktoru Massimo Aldera İtaliya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, klub rəsmisi Çempionlar Liqasında “Azərreyl”ə qalib gəlmələrini böyük uğur adlandırıb.

- Bakıda “Azərreyl”ə “Qızıl set”də qalib gələrək, “Dördlər finalı”na yüksəlməyinizi necə dəyərləndirərdiniz?
- Bakıdakı qələbə klubun tarixinə düşən bir qələbədir. Turnirin qalibi olmaq yolunda çox vacib addım atdıq. Çünki Çempionlar Liqasında debütdəcə “Dördlər finalı”na düşmək məqsədimiz idi və buna nail olduq.

- Yəni, ilk ildəcə mərhələ adlamaq sizə əlavə stimul verdi...
- Biz turnirdə qələbə qazanmaq üçün mümkün olan bütün şeyi edəcəyik. “Dördlər finalı”na çətin sınaqdan çıxaraq vəsiqə qazandıq. İlk matçda tay-brekdə qələbəni bayram etdik. Cavab oyununa üstün durumda gəlmişdik. Çünki uduzduqdan sonra “Qızıl set” vardı. Əslində, “Qızıl set”ə ümid etməyin özü də qorxuludur. Lakin bu mübarizənin bir hissəsidir və bunu qəbul etmək lazımdır.

- Bəs “Qızıl set”də qələbə nəyin göstəricisidir?
- Bu, o deməkdir ki, komanda gərgin vəziyyətdə oyunun taleyini həll etməyi bacarır. Düzdür, komanda üçün asan deyildi. Çünki mübarizənin sonunda voleybolçuların fiziki durumu fərqli olur.

- Oyunda kimi fərqləndirərdiz?
- Mən Valeriya Karakutanı xüsusi fərqləndirmək istərdim. O, qələbəmizdə böyük səy göstərdi. Meydanda lazımı iş görmək qabiliyyətinə malikdir.