Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
14.10.2025 - 18:53

Bu gün qadın voleybolçular arasında 2025-2026-cı illər mövsümündə Yüksək Liqada ilk qarşılaşma keçirilib.
Apasport.az xəbər verir ki, çempionatın açılış oyunu “Gəncə” və “Azerreyl” komandaları arasında baş tutub.
Gəncə İdman Sarayında təşkil olunan qarşılaşmanın qalibi tay-brekdə müəyyən olunub. “Azerreyl” komandası oyunu 3:2 hesabı ilə qalib başa vurub.
Turun növbəti oyunu oktyabrın 15-də UNEC və “Milli Aviasiya Akademiyası” komandaları arasında baş tutacaq.
Yüksək Liqa
I tur
14 oktyabr
“Gəncə” - “Azerreyl” 2:3 (18:25, 25:15, 22:25, 25:21, 10:15)
0
0