Voleybol millimizin kapitanı Macarıstan çempionu oldu
18.04.2024 - 11:29
Voleybol millimizin kapitanı Macarıstan çempionu oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub.

Apasport.az xəbər verir ki, blokçunun komandası “Vaşaş” final mərhələsində KNRC klubunu üstələyib.

Hər üç görüşdə qələbə qazanan “Vaşaş” qızıl medallara sahib çıxıb. Abduləzimova son matçda 12 xal toplayıb.

Qeyd edək ki, Ayşən Abduləzimova bu il həm də Macarıstan Kubokunun qalibi olub.

0