Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, son turda “Telekom” Polşada “İmpel”lə üz-üzə gəlib.
Görüş avrokubokda mübarizəni davam etdirmək şansını itirən Bakı klubu üçün təcrübə qazanmaq baxımından əhəmiyyətli olub. Gənclərdən təşkil olunan komanda qrup mərhələsini qələbə ilə bitirib və "İmpel"in pley-offa yüksəlmək şansının üstündən xətt çəkib.
Bu matçdan öncə qrupumuzda “Fənərbaxça” (Türkiyə) “Dresdner”i (Almaniya) qəbul edib. İstanbul təmsilçisi 6-cı matçını da qalib kimi bitirdiyindən və rəqibinə 1 xal belə güzəşt etmədiyindən, almanların pley-off şansı minimuma enib. Lakin polşalılar da “Telekom” səddini keçə bilməyiblər.
Belə ki, matç Zoran Qayiçin yetirmələrinin üstünlüyü ilə başlayıb. İtiriləsi heç nəyi olmayan komandamız inamlı oyun sayəsində ilk hissəni aktivinə yazıb. Ardınca ev sahibləri təşəbbüsü ələ alıb və hesabda bərabərlik yaradıb – 1:1.
Üçüncü setdə yenidən ssenari dəyişib. Serbiyalı mütəxəssisin məsləhətləri komandamızın hesabda irəli çıxması ilə nəticələnib. Lakin məğlubiyyətlə barışmaq istəməyən “İmpel” növbəti hissədə toparlanıb. Onlar status-kvonu bərpa etsələr də, bundan artığına gücləri çatmayıb. Tay-brekdə daha dəqiq oynayan voleybolçularımız qrup mərhələsini qələbə ilə başa vurub.
Beləliklə, “Telekom” avrokubokla vidalaşdığı halda, “Fənərbaxça” və “Dresdner” mübarizəni Çempionlar Liqasında davam etdirəcək. Almanların pley-offa yüksəlməsində qələbə sayı öz sözünü deyib. Aktivində “Dresdner”dən 1 qələbə az olan, lakin 1 xal çox olan “İmpel” isə CEV kubokunda oynamaq şansı qazanıb.
VI tur
27 yanvar
E qrupu
“İmpel” (Polşa) - “Telekom” (Azərbaycan) - 2:3 (18:25, 25:23, 16:25, 25:23, 11:15)
Hakimlər: Vlastimil Kovar (Çexiya), David Qril (Sloveniya)
Vrotslav, “Orbita” Sarayı
"Fənərbaxça" (Türkiyə) - "Dresdner" (Almaniya) - 3:0 (25:22; 25:15; 25:23)
1 |
Fənərbaxça |
6 |
6 |
0 |
18-3 |
504-390 |
17 |
2 |
Dresdner |
6 |
3 |
3 |
11-13 |
522-526 |
7 |
3 |
İmpel |
6 |
2 |
4 |
10-13 |
477-521 |
8 |
4 |
Telekom |
6 |
1 |
5 |
7-17 |
466-532 |
4 |