[b]“Yarımfinala kimi irəliləməyimizin özü böyük bir nəticədi” – Edina Dobi[/b]
14.03.2016 - 11:45
[b]“Yarımfinala kimi irəliləməyimizin özü böyük bir nəticədi” – Edina Dobi[/b]

“Rəqib güclü idi. Amma birinci setdə biz də çox səhv etdik”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un voleybolçusu Edina Dobi deyib.

 

29 yaşlı macarıstanlı blokçu komandasının CEV kubokunun yarımfinal mərhələsində Krasnodar “Dinamo”suna məğlubiyyətinin səbəblərini açıqlayıb. O bildirib ki, ikinci oyunda da ilk matç kimi 0:3 hesabı ilə uduzmalarında rəqibin daha təcrübəli olması rol oynayıb: “İkinci setdə səhvlərdən qaçıb, rəqiblə əsl mübarizə apardıq. Amma uğur onların tərəfində idi. Üçüncü hissədə isə biz öz emosiyalarıma görə uduzduq. Çünki ilk 2 setdə məğlub olduqdan sonra artıq mübarizəni dayandırdığımızı bilirdik”.

 

Edinanın sözlərinə görə, finalın bir addımlığımda dayandıqları üçün ciddi üzüntü yaşamır: “Çünki bu mərhələyə kimi irəliləməyimiz özü böyük bir nəticədi. Fikrimcə, cari mövsümdə həqiqətən də yaxşı çıxış etdik. Biz bundan sonra da nəticələrimizi daha da yaxşılaşdırmaq istəyirik və bu tempdə davam edəcəyik”.