
Müqavilə müddəti başa çatdıqdan sonra "Fənərbaxça"dan ayrılan Duşan Tadiç "sarı-lacivərdli" azarkeşlərlə vidalaşıb.
Apasport.az xəbər verir ki, 36 yaşlı serb futbolçu bu barədə sosial media hesabında paylaşım edib:
"Unudulmaz 2 ildən sonra bu heyrətamiz klubla vidalaşmağın vaxtı gəldi. "Fənərbaxça"nın hər zaman ürəyimdə xüsusi yeri olacaq. Komanda yoldaşlarıma, texniki heyətə və pərdə arxasında əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm, dəstəyiniz və fədakarlığınız mənim üçün hər şey deməkdir.
İnanılmaz azarkeşlərə hər oyunda göstərdiyiniz sevgi və enerji üçün təşəkkür edirəm. Paylaşdığımız anları heç vaxt unutmayacağam!
Klubun gələcəkdə uğur dolu olmasını arzulayıram. Dəstəyim həmişə sizinlə olacaq!"
Qeyd edək ki, Tadiç 2023-cü ilin iyul ayında Niderland təmsilçisi "Ayaks"dan İstanbul klubuna keçmişdi.