[b]Azərbaycan çempionatında finalçılar müəyyənləşdi[/b]
02.05.2016 - 10:25
[b]Azərbaycan çempionatında finalçılar müəyyənləşdi[/b]

Kişi basketbolçular arasında Azərbaycan çempionatında ikinci finalçının da adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, həlledici oyunda NTD BK-nin rəqibi AzTOP olacaq.

 

Onlar “The Club Port Baku”nun idman zalında baş tutan matçda “Bakı”ya qalib gəlməklə, bu hüquqa yiyələniblər. 3 oyunun nəticəsinə əsasən 2:1 hesabı ilə öndə olan komanda çempionluq yolunda çıxışını davam etdirəcək.

 

Final seriyasına mayın 7-də start veriləcək.

 

Yarımfinal mərhələsi

"Bakı" - AzTOP – 97:72

 

İlk oyun: "Bakı" - AzTOP – 69:77

İkinci oyun: AzTOP - "Bakı" - 57:77

 

Qeyd edək ki, NTD BK yarımfinal mərhələsində "Baku Oilers"a hər iki oyunda qalib gəlmişdi.

 

 

0