Bu gün qadın voleybolçular arasında Avropa Liqasına start verilib. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə bu yarışa qatılan Azərbaycan millisi Bolqarıstan yığmasının qonağı olub.
Sofiyada baş tutan qarşılaşmada hər 2 komanda gənclərə güvənib. Amma rəqibdən fərqli, millimiz turnirə bir neçə təcrübəli oyunçu ilə qatılıb. Buna baxmayaraq, millimiz acı məğlubiyyətə uğrayıb.
Avropa Liqası
I tur
6 iyun
Bolqarıstan – Azərbaycan - 3:0 (25:15; 25:23; 25:17)
Hakimlər: Aleksandros Milonakis (Yunanıstan), Sonya Simonovska (Monteneqro)
Sofiya, Xristo Botev Salonu
Komandalar arasında ikinci görüş isə sabah olacaq.
Qeyd edək ki, kişi voleybolçularımız da Avropa Liqasında mübarizə aparacaq. Lakin onlar ilk 2 turda rəqiblərinin oyununu izləyəcəklər.