Yüksək Liqada X turun proqramı müəyyənləşib
09.02.2025 - 14:53
Yüksək Liqada X turun proqramı müəyyənləşib

Qadın və kişi voleybolçular arasında Yüksək Liqada X turun proqramı müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Fevralın 11-də qadınlar, 12 və 13-də isə kişilər arasında növbəti turun oyunları baş tutacaq.

Yüksək Liqa

Qadınlar

X tur

11 fevral

14:30. “Gəncə” - “Azərreyl"

Gəncə İdman Sarayı

16:00. “Abşeron” - “Murov Az Terminal”

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

18:00. “Milli Aviasiya Akademiyası” - UNEC

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

Kişilər

12 fevral

16:00. MOİK - “Gənclər”

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

18:00. “Neftçi” - “Xilasedici”

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

13 fevral

16:00. “Murov Az Terminal” - “Azərreyl”

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi