![Yüksək Liqada XI tura yekun vurulacaq](https://apasport.az/storage/news/2025/february/15/big/67b028422e72d67b028422e72e173959789067b028422e72367b028422e72c.jpg)
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura bu gün yekun vurulacaq.
Apasport.az xəbər verir ki, turun son oyun günündə bir qarşılaşma baş tutacaq.
"Gəncə" evdə "Abşeron"la üz-üzə gələcək. Gəncə İdman Sarayında reallaşacaq görüş 15:00-da başlayacaq.
Hazırda "Abşeron" turnir cədvəlində 26 xalla birinci pillədə qərarlaşıb. Üçüncü olan "Gəncə"nin isə 17 xalı var.
Yüksək Liqa
Qadınlar
XI tur
15 fevral
15:00. "Gəncə" - "Abşeron"
Gəncə İdman Sarayı
Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində "Azərreyl" "Milli Aviasiya Akademiyası"nı 3:1 hesabı ilə məğlub edib. "Murov Az Terminal" isə UNEC-i 3:0 hesabı ilə üstələyib.