Milli komandamız dünya çempionu oldu! - YENİLƏNİB
01.06.2025 - 21:11
Milli komandamız dünya çempionu oldu! - YENİLƏNİB

Bu gün minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının əsas və həlledici oyununa – final matçına çıxıb. 

Apasport.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri Milli Gimnastika Arenasında Macarıstan komandası ilə üz-üzə gəlib.

Matç millimizin 4:2 qələbəsi ilə başa çatıb. Yığmanın heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8)və Rəvan Kərimov (10, 29) fərqləniblər.

Final oyunundan əvvəl Serbiya və Monteneqro milliləri arasında üçüncü yer uğrunda görüş baş tutub.

Qarşılaşma serblərin qələbəsi ilə yekunlaşıb - 3:0. 

Dünya çempionatı
3-cü yer uğrunda görüş

18:00. Monteneqro - Serbiya 0:3

Final
20:00. Azərbaycan – Macarıstan 4:2