Yığmamız yoxlama oyunları keçirəcək
02.06.2025 - 22:28

Dünən 18 yaşadək oğlan basketbolçulardan ibarət yığmasının Gürcüstanın paytaxtı Tbilisi şəhərində təlim-məşq toplanışını start götürüb.
Apasport.az xəbər verir ki, hazırlıq çərçivəsində millimiz bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.
Anar Sarıyevin rəhbərlik etdiyi komandanın toplanışda əsas məqsədi 25 iyul - 3 avqust tarixlərində Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır.
Qeyd edək ki, millimizin ilk təlim-məşq toplanışı iyunun 12-də yekunlaşacaq.
0
0