“Sabah”ın basketbolçusu Nik Perkins FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə “A” qrupunun II turunda “Trabzonspor”a qarşı keçirdikləri oyunu şərh edib.
Apasport.az xəbər verir ki, amerikalı basketbolçu məğlubiyyəti dəyərləndirib və qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb:
“Düşünürəm ki, FIBA Çempionlar Liqasında keçirdiyimiz ilk iki oyun bizim üçün çətin alındı. Növbəti qarşılaşmada, doğma meydanda “Nanterre”yə qarşı daha yaxşı çıxış etməliyik.
“Trabzonspor” layiqli qələbə qazandı. Oyunun ilk 7-8 dəqiqəsi bizim üçün olduqca uğursuz keçdi. Bundan sonra oyuna qayıtmaq və hesab fərqini azaltmaq xeyli çətinləşdi. İkinci və üçüncü periodların böyük hissəsində təşəbbüsü ələ almağa və mübarizədə dönüş yaratmağa çalışdıq. Lakin rəqib artıq yaxşı oyun ritmi tutmuşdu.
“Trabzonspor” hücum potensialı yüksək olan, istedadlı basketbolçulardan qurulmuş komandadır.
İndi bu məğlubiyyəti geridə qoymalı, səhvlərimizdən nəticə çıxarmalı və iki həftə sonra doğma meydanda “Nanterre”yə qarşı keçirəcəyimiz oyuna yaxşı hazırlaşmalıyıq”.
- Alperen Şengün əfsanəvi basketbolçunu geridə qoydu – NBA-da gecənin nəticələri
- Tatumdan 41 xal, “Boston”dan qələbə – NBA-da gecənin nəticələri
- 43 yaşında yeni peşə: NBA-nın sabiq ulduzu polis oldu
- Alperen Şengündən 20 xal, “Hyuston”dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukinadan Sinqapurda uğur