Bundesliqa: “Paderborn”dan darmadağın, “Bavariya” xal itirdi
28.11.2026 - 22:03
Bundesliqa: “Paderborn”dan darmadağın, “Bavariya” xal itirdi

Almaniya çempionatında XI turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ən diqqətçəkən qarşılaşması “Paderborn” və “Şalke” komandaları arasında baş tutub.

Ev sahibləri rəqibini 8:1 hesabı ilə darmadağın edib.

“Maynts” “Union”u 2:1, “Köln” isə “Elversberq”i 5:0 hesabı ilə məğlub edib.

“Hamburq” – “Bavariya” görüşündə qalib müəyyənləşməyib – 0:0.