La Liqa: “Real” öz meydanında məğlub oldu
29.11.2026 - 01:55
La Liqa: “Real” öz meydanında məğlub oldu

İspaniya La Liqasında XIV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün diqqətçəkən matçı Madriddə baş tutub.

"Real" öz meydanında "Alaves"i qəbul edib. Gərgin keçən qarşılaşmada sevinən tərəf qonaqlar olub. "Kral klubu" rəqibinə 1:2 hesabı ilə uduzub.

Madridin digər təmsilçisi "Atletiko" isə azarkeşlərini sevindirməyi bacarıb. Komanda səfərdə "Elçe"ni 3:2 hesabı ilə üstələyib.

Günün digər matçlarında "Atletik" "Malaqa"nı 4:3, "Rayo Valyekano" isə "Betis"i 1:0 hesabı ilə məğlub edib.