Mourinyo "El-Klasiko" haqda: "Problem deyil, öhdəsindən gələcəyik”
22.10.2026 - 13:18
Mourinyo "El-Klasiko" haqda: "Problem deyil, öhdəsindən gələcəyik”

“Real”ın baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasının X turunda “Barselona” ilə keçiriləcək oyun barədə danışıb.

Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Leypsiq”lə Çempionlar Liqası matçından sonra açıqlama verib:

“El-Klasiko"dan öncəsi özümüzə arxayın deyilik. Bu, digər oyunlardan fərqlənsə də, çempionatın növbəti matçıdır. Əksini söyləmək yalan olardı.

Hazırlaşırıq. Hələlik bərpa üçün 24 saatdan daha az vaxtımız var, amma problem deyil, öhdəsindən gələcəyik”.

Qeyd edək ki, "Barselona" - "Real Madrid" matçı oktyabrın 26-sı, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.