Adil Nağıyev: "Qarabağ"dan nəinki Premyer Liqa klubları…” - MÜSAHİBƏ
14.07.2024 - 17:29
Adil Nağıyev: "Qarabağ"dan nəinki Premyer Liqa klubları…” - MÜSAHİBƏ

"Qarabağ"dan nəinki Premyer Liqa klubları, hətta avrokuboklardakı komandalar onlardan çəkinir"

"Komandada hər şey qaydasındadır. Əsasən fiziki hazırlıq üzrə məşqlərimizi edirik. Heç narahatçılığa da səbəb yoxdur. Mən əvvəllər də "Şamaxı"da oynamışam. Mənim üçün adaptasiya problemi olmayacaq. Yaxşı kollektivimiz var. Komandaya qoşulan yerli və legioner futbolçular var. Onlar da çalışır ki, komandaya tez bir zamanda adaptasiya olsunlar". Bu sözləri Apasport.az saytına açıqlamasında "Şamaxı"ya geri qayıdan Adil Nağıyev deyib.

Ötən mövsüm "Səbail"də, ondan əvvəl isə "Şamaxı"da kapitan sarğısı daşımış müdafiəçi bölgə klubunun hazırlığından danışıb. O, əvvəlki kollektivlə indikini müqayisə edib:

"Əvvəlki komandada legioner yox idi. Amma indi legionerlər var. Vəziyyət də normaldır. Baş məşqçinin verdiyi tapşırıqlar üzrə çalışırıq. Mübariz, döyüşkən komanda olmaq istəyirik. Yaxşı komandamız olacaq. Heç bir rəqibdən çəkinməyəcəyik. "Qarabağ"dan nəinki Premyer Liqada, hətta avrokuboklardakı komandalar onlardan çəkinir. Ancaq bizim üçün rəqibin fərqi olmayacaq. Çalışacağıq ki, hər matçda yaxşı nəticə qazanaq. Builki hədəfimiz Premyer Liqadakı yerimizi qorumaqdır. Amma biz ən yaxşı nədirsə, onu da etməyə çalışacağıq. Bacardığımız qədər hər oyunda xal və xallar qazanıb mövsümü normal şəkildə bitirməkdir".

writer photo
Əlirza Əlirzalı
0