Emrelinin "Nürnberq"lə məşqlərə qoşulacağı tarix bəlli olub
22.08.2024 - 11:15
Emrelinin "Nürnberq"lə məşqlərə qoşulacağı tarix bəlli olub

Zədə səbəbindən fərdi məşqlərə davam edən Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin komanda məşqlərinə nə vaxt qayıdacağı məlum olub.

Apasport.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Emreli növbəti aydan etibarən yeni klubu "Nürnberq"in məşqlərinə qoşulacaq.

Qeyd edək ki, həmyerlimiz II Bundesliqa klubu ilə 1+1 illik müqavilə imzalayıb.

 

writer photo
Əlirza Əlirzalı
0