Gimnastika üzrə 28-ci Bakı çempionatı üç kateqoriya üzrə keçiriləcək
03.10.2023 - 23:24
Gimnastika üzrə 28-ci Bakı çempionatı üç kateqoriya üzrə keçiriləcək

Oktyabrın 5-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Bakı çempionatı start götürəcək.

Apasport.az saytı xəbər verir ki, üç kateqoriya üzrə keçiriləcək yarışlara oktyabrın 7-də yekun vuurulacaq.

Çempionatda "Ocaq Sport" Klubu (Bakı və Hövsan bölmələri), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Zabrat, Şağan Olimpiya İdman Kompleksini təmsil edən gimnastlar paytaxtın ən güclüsü adı uğrunda mübarizəyə qoşulacaqlar. 

Yarışda idmançılar balacalar (2013, 2014, 2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü), gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyalarında mübarizə aparacaqlar.  

Üç gün davam edəcək yarışda qaliblər yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Qeyd edək ki, yarışlar hər gün saat 10:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0