“Qarabağ” - “Gent”: KİM ŞANSLIDIR?
16.02.2023 - 11:29
Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) - “Gent” (Belçika) görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Azərbaycan çempionunu matçın favoriti sayırlar.
Bu gün Bakıda baş tutacaq matçda təmsilçimizin qələbəsi 2,07, “Gent”in uğuru 3,52 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,48 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma saat 21:45-də başlayacaq.
0
0