“Turan Tovuz” “Eyüpspor”u məğlub etdi
22.07.2023 - 21:13
“Turan Tovuz” “Eyüpspor”u məğlub etdi

Türkiyədə təlim-məşq toplanışı keçən “Turan Tovuz” yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Apasport.az-ın məlumatına görə, komanda “Eyüpspor”la qarşılaşıb.

Arda Turanın rəhbərlik etdiyi komanda ilə görüş “Turan Tovuz”un qələbəsi ilə başa çatıb. Qərb təmsilçisinin qollarını Fərid Nəbiyev və Xəyal Nəcəfov vurublar.

Qeyd edək ki, “Turan Tovuz” ilk yoxlama oyununda “Adana Demirspor”a 0:2 hesabı ilə uduzmuşdu.
 

writer photo
Əlirza Əlirzalı
0