"Liverpul" "Milan"a 4 qol vurdu - VİDEO
16.12.2022 - 21:35
"Liverpul" "Milan"a 4 qol vurdu - VİDEO

Klublar arasında yoxlama oyunları keçirilməyə davam edir.

Apasport.az-ın xəbərinə görə, bu gün ən maraqlı oyunlardan biri keçirilib.

"Liverpul" UEFA Çempionlar Liqasında prinsipial rəqiblərindən olan "Milan"la qarşılaşıb. Yürqen Kloppun yetirmələri rəqibinə böyük hesabla qalib gəlib – 4:1.

İngiltərə klubundan qolları Məhəmməd Salah (5-ci dəqiqə), Tyaqo (41), Darvin Nunyes (82, 89) vurub. "Milan"ın yeganə qoluna isə Belçika millisinin yarımmüdafiəçisi Aleksis Salemakers (29) imza atıb.

writer photo
Əlirza Əlirzalı
0