Messidən antirekord
01.12.2022 - 09:26
Messidən antirekord

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatlarının antirekorduna şərik olub.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı veteran mundiallarda 2 penalti qaçıran ikinci futbolçudur.

O, DÇ-2022-nin qrup mərhələsinin III turunun görüşündə Polşa komandasının qapısına təyin olunan 11 metrlik zərbədən yararlana bilməyib. Bu, Messinin ikinci belə uğursuzluğudur.

Cənubi amerikalı ulduz DÇ-2018-də də xətaya yol verib. Messi İslandiya ilə matçda penaltini boşa verib

Bununla da Messi Asamoa Qyana çatıb. Qana millisinin üzvü DÇ-2006-da Çexiya, 4 il sonra Uruqvayın qapısına təyin olunan penaltini vura bilməyib.

Qeyd edək ki, Argentina Polşaya 2:0 hesabı ilə qalib gəlib və 1/8 finala yüksəlib.
 

writer photo
Əlirza Əlirzalı
0