Pele ilə vida mərasimi "Sentus" stadionunda keçirilir.
Apasport.az xəbər verir ki, mərasimdə artıq FIFA prezidenti Canni İnfantino, Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldu Rodriqes və CONMEBOL prezidenti Alexandro Dominqes Vilson-Smit iştirak ediblər.
24 saat davam edəcək vida mərasimindən sonra tabut Sentus küçələri ilə Pelenin 100 yaşlı anasının yaşadığı evə aparılacaq. Dəfn mərasimində yalnız Pele ailəsinin üzvləri iştirak edəcək.
Pele demək olar ki, bütün karyerasını “Sentus”da keçirib. O, 1956-1974-cü illərdə bu klubda oynayıb və onunla bir neçə kubok qazanıb. Pele bu klubla 6 dəfə Braziliya çempionu olub.