"Atletiko"nun müdafiəçisi "İnter" və "Barselona" ilə oyunları buraxacaq
08.03.2024 - 15:48
"Atletiko"nun müdafiəçisi "İnter" və "Barselona" ilə oyunları buraxacaq

"Atletiko Madrid"in mərkəz müdafiəçisi Xose Ximenez qarşıdakı vacib matçlarda komandasına kömək etməyəcək.

Apasport.az "Marca"ya istinadla xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisi yaxın vaxtlarda meydana qayıtmayacaq.

Uruqvaylı futbolçu martın 13-də "İnter", 17-də isə "Barselona" ilə matçı  buraxacaq. 

Qeyd edək ki, futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin “İnter”lə ilk oyununda (0:1) əvəzlənib və əzələ problemlərinə görə  “Almeriya”, “Atletik” və “Betis”lə oyunları buraxıb.

writer photo
Əlirza Əlirzalı
0