“Barselona”da 35 milyonluq hücumçu
12.07.2023 - 12:48
“Barselona”da 35 milyonluq hücumçu

“Barselona” yeni transferini gerçəkləşdirib.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun prezidenti Joan Laporta açıqlayıb.

O bildirib ki, La Liqa təmsilçisi Vitor Roke ilə müqavilə imzalayıb. Braziliya millisinin 18 yaşlı hücumçusu “Atletiko Paranaense”dən transfer olunub. Gənc futbolçu 2024-cü ildə “Barselona”ya qoşulacaq. 

Keçid bonuslarsız 35 milyon avroya gerçəkləşib. Rokenin özü ilə müqavilə 5 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, forvard cari mövsümün 23 oyununda 10 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0