"Bavariya" Jerom Boatenq transferindən imtina edib.
Apasport.az xəbər verir ki, 2011-2021-ci illərdə “Münhen nəhəngi”nın şərəfini qorumuş 35 yaşlı müdafiəçinin keçmiş əməlləri bu razılaşmaya mane olub.
Münhen təmsilçisinin məsələ ilə bağlı açıqlamasında keçmiş arvadına hücumla bağlı baxılan cinayət işinin futbolçu ilə müqavilə imzalamaqdan imtina etmək üçün həlledici amil olduğu vurğulanıb.
Qeyd edək ki, eks-qayınanası və iki uşağının anası Şerin Zenlerin dediyinə görə, 2018-ci ildə tətildə olarkən Jerom onu döyüb və dişləyib. Boatenq bu hərəkətinə görə 1,8 milyon avro cərimə ödəsə də, iş üzrə yeni məhkəmə prosesinin keçiriləcəyi bəyan edilib.