“Bavariya”dan “Qalatasaray”a
16.09.2023 - 10:32
“Bavariya”dan “Qalatasaray”a

“Qalatasaray” daha bir futbolçunun transferini açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, İstanbul klubu “Bavariya”dan Eyüp Aydını rənglərinə bağlayıb.

19 yaşlı yarımmüdafiəçi ilə müqavilə 3 illik nəzərdə tutulub. Almanlar bu transfer qarşılığında 250 min avro alacaqlar.

Qeyd edək ki, Eyüp Aydın 2021-ci ilin iyulundan  "Bavariya"nın ikinci komandasında çıxış edirdi.

writer photo
Əlirza Əlirzalı
0