“Beşiktaş”ın prezidenti: “İlk seçimimiz Sergen Yalçındır”
28.12.2024 - 00:28
“Beşiktaş”ın prezidenti: “İlk seçimimiz Sergen Yalçındır”

“Sergen Yalçın ilə görüşmək istəyirəm. İlk seçimimiz odur".

Apasport.az xəbər verir ki, bu sözləri "Beşiktaş"ın prezidenti Hüseyn Yücel deyib.

Klub rəsmisi baş məşqçi seçimi barədə danışıb: "Sergen hoca may ayını gözlədiyini desə, B planına keçəcəyik. Ağlımızda bir neçə yerli mütəxəssis var. 6 aylıq müqavilə təklif edəcəyik. Qəbul etsələr, posta təyin olunacaqlar. Sözləşmənin yenilənməsi mövsümün sonunda düşünüləcək”.

O, futbolçularını icarəyə göndərəcəklərini də açıqlayıb: “Al-Musrati mövsüm sonuna qədər icarəyə gedəcək. Məcburi transfer bəndi də var. Ümumi paket 10 milyon avro təşkil edir. Tək şərtləri var. Komanda liqada qalarsa, müqavilə keçərli olacaq. Lakin elitanı tərk etsələr, sözləşmə qüvvəsini itirəcək. İnanıram ki, liqada qalacaqlar. Musrati özü də razıdır”.

Yücel transfer planlarından da danışıb: “Premyer Liqadan bir sağ cinah, bir də “6 nömrə” transferini bitirmək üzrəyik. Kirayə gələcəklər. Tamhüquqlu transfer haqqımız olacaq. Hədəfimiz 3 transferdir”.

writer photo
Əlirza Əlirzalı
0