"Fənərbaxça"nın futbolçusu əməliyyat olunub
28.12.2024 - 15:15
"Fənərbaxça"nın müdafiəçisi Rodriqo Bekao əməliyyat olunub.
Apasport.az xəbər verir ki, diz ön çarpaz bağları qopan braziliyalı futbolçunun əməliyyatı uğurlu keçib. 28 yaşlı mərkəz müdafiəçisinin reablitasiya prosesi başlayıb.
Bekao Super Liqanın 16-cı turunun "Başakşehir"lə matçında zədələnib. Təcrübəli futbolçu mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Fənərbaxça" braziliyalını ötən ilin yayında "Udineze"dən transfer edib. Bekao bu mövsüm "sarı-lacivərdlilər"in heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0