Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
30.10.2026 - 22:23
Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə

Ukrayna Premyer Liqasında XI turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor” doğma meydanda “Obolon”u qəbul edib.

Donetsk təmsilçisi qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb.

İlk hissədə qapılara qol vurulmayıb. Matçın 70-ci dəqiqəsində Alison hesabı açıb. Braziliyalı futbolçu 85-ci dəqiqədə yenidən fərqlənərək dublunu rəsmiləşdirib və komandasının qələbəsini təmin edib.

Qeyd edək ki, “Şaxtyor” bu qələbədən sonra xalını 28-ə çatdıraraq Ukrayna Premyer Liqasının turnir cədvəlində liderliyini davam etdirib.