Afrika Millətlər Kubokunun keçirilmə təqvimində dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, turnirin iki ildən bir təşkil olunması ilə bağlı qərar rəsmən təsdiqlənib.
Yeni təqvimə əsasən, növbəti yarışlar 2027, 2028, 2031 və 2033-cü illərdə keçiriləcək.
2027-ci il turniri əvvəlcədən planlaşdırıldığı kimi Keniya, Tanzaniya və Uqandada təşkil olunacaq.
2028-ci ildə keçiriləcək yarış isə Avropa futbol təqviminə uyğunlaşdırılması nəzərdə tutulan dördillik dövrün başlanğıcı kimi planlaşdırılmışdı.
Lakin dördillik sistemdən imtina edildiyi üçün turnirin iki ildən bir keçirilməsi qərara alınıb. Keçid dövründə 2029-cu ildə yarış təşkil olunmayacaq və növbəti turnir 2031-ci ildə baş tutacaq.
Bundan sonra Afrika Millətlər Kuboku 2033-cü ildə keçiriləcək.