"Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
30.10.2026 - 13:36
“Fənərbaxça”nın Lionel Messini transfer etmək üçün böyük məbləğdə təklif irəli sürdüyü iddia olunur.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli idman şərhçisi Barış Yurdseven məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul təmsilçisi argentinalı ulduza illik 50 milyon avro maaş təklif edib. Lakin 39 yaşlı futbolçu bu təklifi qəbul etməyib.
Messinin qərarına atasının səhhətindəki problemlərin təsir göstərdiyi ehtimal olunur.
Qeyd edək ki, Lionel Messi hazırda ABŞ-nin “İnter Mayami” klubunda çıxış edir. Argentinalı futbolçunun müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir.
0
0